Azərbaycan Dəmir Yolları və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, yeni alınacaq 10 “FLIRT” tipli qatarın 2-si Bakı Dəmiryol Vağzalına çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dəmir Yolları yayıb. Bildirilib ki, müasir, rahat və təhlükəsiz qatarlar test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək.
R.Mehdiyeva