Gələn il Somalidə 6,9 milyon insan humanitar yardıma ehtiyacı duyacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) belə bir açıqlama ilə çıxış edib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin hazırladığı hesabatda 2024-cü ildə quraqlıq, daşqın və qarşıdurmalar səbəbindən 6,9 milyon insanın yardıma ehtiyacı olacağı və lazımi işlərin görülməsi üçün 1,7 milyard dollar tələb olunacağı bildirilib.
Hesabatda ölkədə 4 milyon insanın didərgin düşdüyü xatırladılıb və onların 80 faizinin qadın və uşaqlardan ibarət olduğu vurğulanıb.
Anar TAĞIYEV