İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupunun Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi məqsədilə növbəti görüşü keçirilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Təmas Qrupunun iclası Norveçin paytaxtı Oslo şəhərində baş tutacaq.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Təmas Qrupunda Türkiyə, Norveç, İsveç, Finlandiya, Danimarka, İslandiya, Belçika, Hollandiya və Lüksemburq təmsil olunur. Türkiyənin xarici işlər naziri Hakan Fidan da iclasda iştirak etmək üçün Osloya gedib.
Anar TAĞIYEV