Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib

Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib


Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.

Deputat qəbul zamanı vətəndaşlarla görüşərək, onların dilə gətirdiyi məsələlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, işlə təmin olunma, ünvanlı sosial yardımın alınması, şəhidin adının əbədiləşdirilməsi, yaşayış yeri üzrə qeydiyyata alınma və s. bu kimi məsələlər başlıca yer almışdır.

Millət vəkilinin qərargahından Newscenter-az-a verilən məlumata görə, vətəndaşların qəbul ərzində Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.


R.Mehdiyeva
Xəbəri paylaş