Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli dialoqu bərpa etməyə hazır olduğunu bildirib.
Newscenter.az "İzvestiya"ya istinadən bildirir ki, bunu Fransa prezidenti Avropa İttifaqının sammitindən sonra keçirilən mətbuat konfransında deyib:
“Əgər prezident Putin dialoqa və irəliləyişlə bağlı ciddi təkliflərə hazırdırsa, Ukraynadan çıxsın və davamlı sülhə, beynəlxalq hüquqa və suverenliyə hörmətlə yanaşsın".
Anar TAĞIYEV