Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcnun Məmmədov Salyanda vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Salyanda vətəndaşları qəbul edəcək


Dekabrın 22-də, saat 09:00-da Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter-az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-317-58-00) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə də (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Nərgiz Əzizova
Xəbəri paylaş