“Zalım, pis, yaxşı” filminin ekrana çıxmasından onilliklər keçsə də bu ekran əsəri hələ də sevə-sevə baxılır.
Newscenter.az “Zalım, pis, yaxşı” filminin əsas aktyorlarından olan Li Van Klif (1925-1989) barədə maraqlı faktları təqdim edir.
Dekabrın 16-da anım günü olan Li Van Klif İkinci Dünya Müharibəsindən əvvəl mühasib işləyib. ABŞ hərbi əməliyyatlara girdikdən sonra o, Hərbi Dəniz Qüvvələrinə çağırılıb, müharibədə hərbi gəmilərdə xidmət edib. Almaniya üzərində qələbədən sonra ofis inzibatçısı vəzifəsində çalışıb.
İxtisasca aktyor olmayan Li Van Klif boş vaxtlarında həvəskar tamaşalarda iştirak edir. Li Van Klifin performansı bu dövrdə prodüser kimi “Düz günorta vaxtı” (1952) filminin yaradılmasında iştirak edən Stenli Kramer tərəfindən diqqət çəkdi. O, Li Van Klifə aktyora şöhrət gətirən Cek Kolbi rolunu təklif etdi. Klif vestern və kriminal dramlarda rollara dəvət olunmağa başladı.
Li Van Klif 1959-cu ildə avtomobil qəzası keçirdi, həkimlərin ağır, məyusedici proqnoza baxmayaraq, uzun müddətli müalicədən sonra yenidən vesterndə çəkilməyə fəaliyyətə başladı.
60-cı illərin ortalarından italyan rejissoru Sergio Leone tərəfindən vestern filmində rol alıb. Li Van Klif ümumilikdə 67 filmdə çəkilib. Ən gözəl rollarından birini isə “Zalım, pis yaxşı” filmində “Mələkgöz” kimi oynayıb.
Li Van Klif üç dəfə evlənib: Petsi Rut Kale (1943-1960-cı illər), Coan Marjori Dreyn (1960-1974) və Barbara Havelon (1976-cı ildən aktyorun öldüyü günə qədər). İlk həyat yoldaşı ilə evliliyində aktyorun üç övladı var.
Li Van Klif Linin qızlarından biri üçün oyuncaq ev tikərkən sağ əlinin orta barmağını itirib. Aktyorun yaralı əli, barmağının başının olmaması “Zalım, pis, yaxşı” filmindəki final atışma səhnəsində, tapançaya əl atarkən yaxın planda görünür.
Aktyor 1989-cu ilin dekabrında qəfil ürəktutmasından ölüb. Mənfi rollar oynamış aktyorun məzarının üzərinə “Pislərin ən yaxşısı. Sevgi və işıq” sözləri yazılıb.
Anar Tağıyev