Süjeti real həyatdan götürülmüş məşhur “QULAQ-dan qaçış” (2001) filmi bu gün də dünyada sevə-sevə baxılır. Məsələ burasındadır ki, filmin gözəl süjet xətti, aktyor oyunu və ssenarisi var.
Newscenter.az “QULAQ-dan qaçış” filmi barədə maraqlı faktları təqdim edir:
İstedadlı rejissor Xardi Martinsin 2001-ci ildə çəkdiyi məşhur filmdəki hadisələr avstriyalı hərbi əsir Kornelius Rostun(1922-1983) başına gəlib. O, müharibədə SSRİ-yə əsir düşür və QULAQ-da cəza çəkir. Kornelius Rostun əsirlikdən birinci qaçışı uğursuz olur və ağır cəzalandırılır. Həkimin sayəsində əsirlikdən qaçan Kornelius Rost qızılaxtaranlara qoşulur. Yük qatarıyla Ulan-Udeyə, Buryatiyaya gedən Rost oradan Orta Asiyaya qaçır. Sonra isə Türkiyə vasitəsilə Avropaya gedir. Onun SSRİ daxilində qaçışı 1949-1952-ci illər idi və 10 min kilometrdən çox məsafə idi.
Kornelius Rost vətəni Avstriyaya çatanda burada jurnalist və yazıçı Yozef Martinlə tanış olur. Rost SSRİ-dən, QULAQ-dan qaçışı barədə jurnalistə danışır. O isə “Gedirəm, hələ ki ayaqlarım aparır” adlı roman yazır. Kitab 1955-ci ildə nəşr edilir. Lakin SSRİ o dövrdə güclü olduğundan jurnalist təhlükəsizlik, SSRİ-nin “KQB”sindən qorxduğu üçün baş qəhrəmanın adını dəyişib, filmdəki kimi Klemens Forel qoyur.
Filmin real həyatdakı qəhrəmanı Kornelius Rost 1983-cü ildə vəfat edib.
Filmdə Klemens Forel rolunu oynayan aktyor Bernhard Bettermanın hər iki dayısı real həyatda doğrudan da müharibədə olmuşdular və SSRİ-yə əsir düşmüşdülər.
“QULAQ-dan qaçış” filmində Forelin qızının baxdığı xəritədəki şəhər Nijni Novqorod əslində 1990-cı ilə qədər Qorki adlanırdı.
Anar TAĞIYEV