Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tacikistanla kənd təsərrüfatı və tikinti sektorunda əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib

Tacikistanla kənd təsərrüfatı və tikinti sektorunda əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) rəhbəri Ruslan İmanzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanda səfərdədir.

Bu barədə Newscenter.az-a məlumat verən ATUİAB rəhbəri Ruslan İmanzadə deyib ki, səfər çərçivəsində Tacikistanın Soqd vilayətinin Xocənd şəhərində Tacik İş Adamlarının rəhbəri Amirxan Muxtarovla görüş keçirilib. Görüş zamanı xüsusilə kənd təsərrüfatı və tikinti sektorunda əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb:

“Özbəkistanda olduğu kimi Tacikistanda da kənd təsərrüfatı və tikinti sektoru çox inkişaf edib. Bu istiqamətdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinı dəstək ola bilərik”.

Ruslan İmanzadə Tacikistanda iş adamları ilə görüşlərin davam etdiyini və səmərəli müzakirələrin təşkil olunduğunu deyib.

S.İsmayılbəyli
Xəbəri paylaş