Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə keçən ay 93 min 514 ev satılıb

Türkiyədə keçən ay 93 min 514 ev satılıb


Türkiyədə mənzil satışında azalma tendensiyası müşahidə edilir.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyə daxilində ev satışlarının sayı noyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz azalaraq 93 min 514-ə çatıb.

Mənzil satışlarında ən yüksək pay 15 min 187 ev satışı ilə İstanbula sahib olub. Ondan sonrakı sırada isə 8250 ev satışı ilə Ankara gəlib. İzmir isə 5105 ev satışı sırada üçüncü olub.

Ev satışının ən az olduğu vilayətlər Hakkari, Ardahan və Gümüşhanedir.

Natiq ORUCOV
Xəbəri paylaş