"Ukraynada baş verən proseslərin mahiyyəti elədir ki, bu məsələnin bilavasitə təsir edəcəyi və etməyəcəyi ölkələr var. Özlərini aparıcı ölkələr hesab edən dövlətlər üçün Ukrayna müharibəsinin nəticəsi prestij məsələsidirsə, bəzi ölkələr üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, həmin ölkələr daha çox bu məsələyə qarışmaq, Rusiyanı özlərinə düşmən etmək istəmirlər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Avropada Ukrayna məsələsində yaranan fikir ayrılığına münasibət bildirərkən səsləndirib. Azər Qasımov deyib ki, onlar Rusiyanın yanında olmasalar da, Rusiyanın qarşısında da olmaq istəmirlər:
"Amma bu o demək deyildir ki, həmin ölkələr tamamı ilə Rusiyaya loyal yanaşırlar. Sadəcə bu məsələlərdə neytral qalmaq istəyirlər. Bu baxımdan da Aİ-da son müzakirələrdə fərqli mövqelər müşahidə edilir".
Azər Qasımov, "Bu, bir siyasətdir. Hər dövlət öz marağından çıxış edir. Məsələn, Macarıstan. Aİ-na qarşı göstərdiyi "münasibətə" görə 10 milyard avro yardım aldı".
Anar Əliyev