Növbədənkənar prezident seçkiləri ilə əlaqədar dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
Newscenter.az-ın xəbərinə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.
İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur.
- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;
- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;
- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;
- Təşkilati məsələlər.