Azərbaycan Dövlət Neft Sənaye Universitetinin professoru Vüqar Mikayılov Facebook profilində marketlərdə satılan şirələrlə bağlı maraqlı paylaşım edib. Newscenter-az həmin paylaşımı təqdim edir:
Mağazadan şirə alıb içdim. Xoşum gəlmədiyindən bir sərt məqalə yazmalı oluram.
Azərbaycanda çox əfsuslar olsun ki, 10 -larla şirənin içərisində təbii şirə demək olar ki, yoxdur. Ən yaxşı halda bərpa olunmuş bir neçə şirə var. Bərpa olunmuş şirə dedikdə şirənin konsentratına su qatılmaqla hazırlanan şirə başa düşülür.Təbii şirə yalnız nar şirəsidir.
Şərab sektorunda savadlı bir neçə şərabçı texnoloqumuz olsa da şirə sektorunda bu da yoxdur.
Azərbaycanda içdiyiniz şirələrin əksəriyyəti şəkər tozu qatılmış müxtəlif konsentratlardır. Odur ki, mən öz təcrübəm əsasında sizlərə deyirəm ki, təbii şirə kimi qələmə verilən şirələri içməyin. Bunlara əsasən şəkər tozu qatıldığı üçün şəkər xəstəliyinə düçar olma faizinizi artırar.
Şirələrin 30÷40%-i bərpa olunmuş şirə, 50÷60%-i nektar, cəmisi 5%-i təbii şirədir.
Təbii alma şirəsinin hazırlanma texnologiyası şəkər tozundan hazırlanan şirədən ucuz başa gəlsə də texnoloqlarımız onu hazırlamaq istəmirlər. Çünki bir az əziyyət çəkməlidirlər axı. Şirə texnoloqları oxuyublar ki, durulaşdırılmamış şirə daha yaxşıdır. Onlar da elə bilirlər ki,üzümdə, alma da belə olsa daha yaxşı olar. Məhz o səbəbdən də yəni bilməmələri ucbatından təbii üzüm şirəsini də Azərbaycanda gözdən saldılar. Danışanda isə hamısı professordur. Sual edirəm. Niyə üzüm şirəsi hazırlanmır? Niyə duruldulmuş heyva şirəsi görmürük? Nə isə. Ən yaxşısı sudur. Suyunuzu için. Məhsəti Hüseynova xanım da deyir ki, suda pisdir. Bəs onda nə içilsin?
Vüqar Mikayılov