Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə bağlı başsağlığı verib.
Newscenter.az xəbər verir ki, başsağlığıda deyilir:
Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha
Qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!.
Sevinc Mehdiyeva