Binəqədi rayonunun 2-ci mədən küçəsində vətəndaşa məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində pul və içərisində qızıl-zinət əşyaları olan çanta tapıblar.
Newscenter-az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Çantanı tapan yanğınsöndürənlər pulu və zinət əşyalarını sahibinə təhvil veriblər.
Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mehman Mehdiyev