Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY: “Sərnişin və yük qatarlarının sürət həddi endirildi”

ADY: “Sərnişin və yük qatarlarının sürət həddi endirildi”


ADY hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxt Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar”,-deyə ADY bildirir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib.

R.Mehdiyeva
Xəbəri paylaş