Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29-un keçirilməsi üçün məhz Azərbaycanın məkan olaraq seçilməsi böyük uğurdur

COP29-un keçirilməsi üçün məhz Azərbaycanın məkan olaraq seçilməsi böyük uğurdur


"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi üçün məhz Azərbaycanın məkan olaraq seçilməsi böyük uğurdur. Bu, Azərbaycana olan etimadın və hörmətin göstəricisidir. Sözsüz ki, ölkəmiz buna layiqdir. Cənab Prezident İlham Əlyevin apardığı düşünülmüş. ardıcıl siyasət nəticəsində ölkəmiz hər keçən gün dünya miqyasında öz mövqelərini daha da möhkəmləndirir.
Cənab Prezidentin də qeyd etdiyi kimi bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırıb".

Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, önəmli məqmlardan biri də COP29 konfransının Bakıda keçirilməsi ilə bağlı qərarın beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olması ilə bağlıdır:

"Başqa sözlə desək ölkəmizin COP29 konfransına ev sahibliyi yekdil qərarla təsdiqlənib. Bu isə təsadüfi deyil və bi sıra amillərlə bağlıdır. Bu amillərdən biri ölkəmizin beynəlxaql tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsinin olmasıdır. Azərbaycan son illərdə beynəlxalq miqyasda bir çox siyasi, humanitar, elmi, mədəni, idman tədbirlərinə uğurla ev sahibliyi edib və kifayət qədər zəngin təşkilatçılıq təcrübəsi var. Bu mənada Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə, “COP29 beynəlxalq konfransını biz yüksək səviyyədə keçirəcəyik və bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq” fikrini əminliklə səsləndirməsi də ilk növbədə məhz bu amillə bağlıdır".

Yusif Bağırzadənin qənaətincə, bəzi anti-Azərbaycan qüvvələrin və Fransa kimi ermənipərəst ölkələrin bizə qarşı qaralama kampaniyası apardığı və əsassız ittihamlarla suçladığı bir vaxtda beynəlxalq ictimaiyyətin Azərbaycana etimad göstərməsi və belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyimizi dəstəkləməsi heç şübhəsiz ki, Azərbaycana beynəlxalq aləmdə olan hörmətin günbəgün artmasının nəticəsidir:

"Onu da qeyd edim ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə qərar məhz lokal antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunub. Biz bu amili ona görə xüsusi olaraq vurğulayırıq ki, Azərbaycan Ordusunun 19-20 sentyabrda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin, xüsusən də ermənilərdən daha çox erməni olmağa çalışan Fransanın Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi, onların Azərbaycanın qələbəsi ilə barışmaq istəməməsi COP29-un Bakıda keçirilməsini əngəlləyə bilərdi. Lakin dünya ictimaiyyəti Fransanın və digərlərinin diktəsi ilə yox, sağlam təfəkkürə əsaslanaraq Azərbaycana öz dəstəyini ifadə etdi.

Dünya birliyinin bu qərara imza atması bir daha onu göstərdi ki, bizə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Beynəlxalq birlik də bu həqiqəti, bu reallığı qəbul edir. Hətta Ermənistan da artıq bu vəziyyətlə barışıb və COP29 konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi də bunun bariz göstəricisidir.
Ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək. Beləliklə, Cənab Prezidentin də söylədiyi kimi, “dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Yusif Bağırzadə, "Son olaraq onu da qeyd edim ki, COP29 bu vaxta qədər ölkəmizdə keçirilmiş tədbirlərlə müqayisəyə daha böyük bir tədbirdir. Məsələn, Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdisə, COP29-da 10 minlərlə, bəzi ehtimallara görə 70-80 min xarici nümayəndənin ölkəmizə gələcəyi planlaşdırılır. Ölkə başmısının da dediyi kimi gələn il iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Bu cür irimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etmək sözsüz ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycanın bu məsuliyətli işin öhdəsindən ləyaqətlə gələcəyi qətiyyən şübhə döğurmur",- deyə vurğulayıb.

S.İsmayılbəyli

Xəbəri paylaş