Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb. Yarışlarda “Relax-lerik" İdman Klubunun yetirməsi Fuqan Əliyev qızıl medala sahib cıxıb.
Newscenter.az xəbər verir ki, bu münasibətlər Lerik rayonundan olan millət vəkili İqbal Məmmədov başda "Relax-lerik" idman kulubunun Baş məşqcisi Elvin Mirzəyev olmaqla bütun idmansevər lerikliləri əldə edilən bu möhtəşəm qələbəyə görə təbrik edib. Deputat İqbal Məmmədov idmançıya uğurlarının davamlı olmasını arzulayıb.
Məlumat üçün qeyd edək ki, 16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunda növbəti yarış qrupunda çəkisi 73 və 81 kq olan atletlər mübarizə aparıblar. 81 kq-da Füqan Əliyev qələbəni bayram edib. O, toplam 314 kq (140+174) nəticə ilə ən yaxın izləyicisi, toplam 307 kq (135+172) nəticə göstərən Ravin Alməmmədovu qabaqlaya bilib.
Anar Əliyev