Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcərdə yük maşını aşıb, ölən var

Kəlbəcərdə yük maşını aşıb, ölən var


Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Newscenter.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş