Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vüsar İsmayılov: “Növbədənkənar Prezident seçkiləri bütün suveren ərazilərimizi əhatə etməklə şanlı tariximizə əbədi həkk olunacaq”

Vüsar İsmayılov: “Növbədənkənar Prezident seçkiləri bütün suveren ərazilərimizi əhatə etməklə şanlı tariximizə əbədi həkk olunacaq”


“Dekabr ayının 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədi irəli sürülüb. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə dövlət başçımız, müzəffər Ali Baş Komandan İlham Əliyev növbədənkənar Prezident seçkilərinə partiyanın namizədi olaraq təsdiq edilib. Bu, ölkəmiz və xalqımızın gələcək taleyi üçün olduqca əhəmiyyətli tarixi və siyasi qərar olmaqla yanaşı, gələcək inkişafımızın perspektivlərini hədəfləyən müdrik bir addımdır”.

Newscenter.az xəbər verir ki, bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə növbədənkənar Prezident seçkiləri ölkəmizin bütün suveren ərazilərini əhatə etməklə tariximizə parlaq bir səhifə kimi həkk olunacaq və qüdrətli dövlətimizin, qalib xalqımızın sınmaz iradəsinin bariz təzahürü olacaq: “Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin siyasi strategiyasına sadiq qalaraq ulu öndərin ideyalarının müasir və yeni dövrün tələblərinə uyğun bir şəkildə uğurla davam etdirib. Bu uzaqgörən və müdrik siyasi xətt Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə səbəb olub. Bütün bunlarla yanaşı Azərbaycan bütün sahələr üzrə sürətli inkişaf dövrünə qədəm qoyaraq, Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynamağa, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində dünya miqyasında təqdirolunacaq uğurlara imza atıb. Artıq dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanı etibarlı tərəfdaş və söz sahibi kimi qəbul edir. Bu etimad mühiti, sözsüz ki, dövlət başçısı İlham Əliyevin məqsədyönlü və müstəqil siyasətinin nəticəsidir. Bu gün ölkəmiz istər regionda, istərsə də dünyada əhəmiyyətli irimiqyaslı iqtisadi layihələrin təşəbbüskarı və əsas tərəfi kimi çıxış edir. Dünyanın aparıcı və nüfuzlu təşkilatları ölkəmizdəki iqtisadi yüksəlişi və artımı təqdir etməklə yanaşı, dünya miqyasında analoqu olmayan inkişaf kimi səciyyələndirirlər”.

Rayon təşkilatının sədrinin fikrincə, bütün bu faktlat dövlət başçımıza xalqımızın sonsuz etibar və məhəbbətini qazandırıb. Xalqımız öz liderinə arxalanır, inanır və dövlətimizi, xalqımızı daha böyük nailiyyətlərə aparacağına şübhə etmir. Azərbaycanda dövlət-iqtidar-xalq birliyi sarsılmazdır və əsl nümunədir. Bu həmrəylik, eyni zamanda ulu öndərimiz Heydər Əliyevin siyasətinə xalq məhəbbətinin ən bariz və inkaredilməz sübutudur: “Xüsusilə 44 günlük Vətən müharibəsində, eləcə də bu ilin sentyabrında keçirilən anti-terror əməliyyatları müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun tarixi zəfəri, torpaqlarımızın işğaldan azad olunaraq ərazi bütövlüyümüzün tam bərpa edilməsi misli görünməmiş qəhrəmanlıq nümunəsidir. İnanırıq və əminliyimizi ifadə edirik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız daha da inkişaf edəcək və xalqımız haqlı olaraq hər zaman olduğu kimi bundan sonra da öz lideri ilə qürur duyacaq”.

S.İsmayılbəyli
Xəbəri paylaş