Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq seçimində yanılmır!

Xalq seçimində yanılmır!


Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Müstəqil Azərbaycanda hakimiyyət boşluğu, separatçılıq, səriştəsizlik dövlətçiliyin itirilməsi təhlükəsi yaratmışdı. Xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

Siyasət fenomeni kimi Heydər Əliyev yaranmış təhlükələri qısa müddətdə aradan qaldırdı, dövləti qorumağa qadir olan ordunu nizami ordu kimi formalaşdırdı, düzgün, gerçək kadr siyasəti ilə dövlət strukturlarında idarəetməni tənzimlədi, dövlətin dünya dövlətləri ilə münasibətlərini ciddi əsaslarla formalaşdırdı, iqtisadi əlaqələri yüksəltdi, iri miqyaslı beynəlxalq iqtisadi müqavilələr bağlandı, ... Bunlar Azərbaycanın dövlətçilik mövqeyinin möhkəmləndirilməsi demək idi...

Ulu Öndər demişdi: “Mən oğluma özüm qədər inanıram”. Xalq bu səmimiyyətin gerçəkliyini yaşatdı. 2003-cü ildə prezident seçkilərində Ulu Öndərin inandığı siaysi xadimə -İlham Əliyevə səs verdi, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçim qısa müddətdə öz təsirini göstərdi. Cənab İlham Əliyev sosial həyatın bütün sahələrində Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdi, Azərbaycanın iqtisadi inkişafı sürətləndi, ordu quruculuğunda iri miqyaslı islahatlar həyata keçirildi, Azərbaycan Ordusu neçə-neçə beynəlxalq hərbi təlimdə tərəfdaş kimi iştirak etdi. Bu, ordunun döyüş hazırlığını yüksəltdi, Belə bir yüksəliş ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını da artırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi ki, Azərbaycan xalqı və dövləti Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu fikir istər işğalçı Ermənistana, istərsə də onun havadarlarına xəbərdarlıq olmalı idi. Bu xəbərdarlığa baxmayaraq Emənistan sülh danışıqlarından yayınırdı, regionda mövcud status-kvonu saxlamağa çalışırdı, Azərbaycandan yeni ərazilər işğal etmək məqsədi ilə hücumlar edirdi. Belə hücumlardan birində - 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev əks-hücum əmri verdi. Bu döyüşlər İkinci Qarabağ müharibəsinin, mahiyyəti etibarilə Vətən müharibəsinin başlanğıcı oldu...

Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə tarixi Zəfər qazandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında tarixi Zəfər münasibətilə xalqa müraciətində dediyi “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” kəlamları xalqın və tarixin yaddaşına hopdu, həm milli mentalitetin tərkib hissəsi kimi, həm də dövlətçiliyə sədaqətin təzahürü kimi. Xalq bir daha əmin oldu ki, Ulu Öndər zamanında Azərbaycanın işğaldan qurtuluşunu necə arzulayırmış! O arzunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gerçəklşdirdi...

Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş ərazilərə qayıdış Böyük Qayıdışın başlanğıcıdır və yaxın vaxtlarda o əraziləərdə həyat öz axarına düşəcək. ..

2023-cü il sentyabrın 19-da başlayan və 24 saatdan da az müddətdə başa çatan lokal xa-rakterli antiterror əməliyyatı ilə Azərbaycan Ordusu ərazi bütövlüyünü tam təmin etdi, bir vaxtlar separatçıların ermənilik mərkəzi olmuş Xankəndində də qalibiyyət bayrağımız dalğalandı, tarixi Zəfərin 3-cü ildönümündə Xankəndində hərbi parad keçirildi...

Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycan dövlətçiliyinə böyük sevginin təzahürüdür: Ərazi bütövlüyü tam bərpa olunmuş respublikanın hər yerində seçici səsi gəlsin! Bu, böyük, müqayisəyəgəlməz vətənpərvərlikdir! Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi əvvəlki seçkiləərdən müəyyən məqamları ilə fərqlənir: müstəqil Azərbaycanın tarixində prezident seçkiləri ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması şəraitində keçiriləcək: Tarixi Zəfərin qalibiyyət bayrağı Azərbaycanın bütün ərazisi böyunca qürurla dalğalanır.

Digər tərəfdən, xalqın belə bir Zəfərə nail olmuş sərkərdəyə ehtiramı sonsuzdur, 30 ilin sııxıntılarını sonlandıran Müzəffər Ali Baş Komandana sevgisi tarixi sevgidir. Xalq belə bir siyasi liderin ətrafında birləşmişdi, indi də təbii ki, onun ətrafındadır. Təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqın dəstəyinə əmindir və bu əminlik də tarixi gerçəklik olacaq; cənab İlham Əliyev prezident olduğu müddətdə verdiyi bütün vədləri yerinə yetirib...

Dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Bu təşəbbüs də Azərbaycan dövləti naminə, Azərbaycan dövlətçiliyi naminə tarixi təşəbbüsdür. Xalq bu təşəbbüsü dövrün tələbi bilir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş