Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 ümumi təhsil müəssisəsində 961 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 21 140 uşaq cəlb olunub.
2023-cü təqvim ilində ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılara 2 212 resurs dəst paylanıb.
Newscenter-az xəbər verir ki, pilot olaraq həyata keçirilən layihənin məqsədi məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların tədris ili boyu bacarıq və vərdişlərinin, estetik və yaradıcı bacarıqlarının inkişaf etdirilməsi, onların əl qabiliyyətlərinin, bədii yaradıcılıqlarının üzə çıxarılmasından ibarətdir.
R.Mehdiyeva