Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrini 2023-cü ildə 24 məzun qızıl və gümüş nişanla başa vurub.
Newscenter.az xəbər verir ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
R.Mehdiyeva