Hindistan Rusiyadan almaz idxalına qoyulan qadağanı ləğv edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Hindistanın Qiymətli Daşlar və Zərgərlik İxracını Təşviq Şurası məlumat verib.
Məlumatda bildirilib ki, oktyabrın 15-də tətbiq edilən brilyantların idxalını qadağan edən müddət dekabrın 15-də başa çatıb.
Şura hesab edir ki, ABŞ, Çin, Şərqi və Avropa kimi əsas bazarlarda təbii almaza olan tələbat tədricən bərpa olunduqca, qiymətlər qarşıdakı aylarda sabit və dayanıqlı qalacaq.
Anar TAÖIYEV