"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə heyəti partiya sədri Qüdrət Həsənquliyevin Prezident seçkisində namizəd olduğunu elan etdi, bunun səbəb və məramlarını bəyan etdi. Hər bir seçki kampaniyasında olduğu kimi bu seçkilərin də xalqın iradəsinə uyğun şəkildə həyata keçirilməsi üçün BAXCP öz fəaliyyəti ilə buna dəstək olacaqdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. Azər Qasımov deyib ki, seçkidə hər hansı yeni mübarizə üsullarından istifadə etmək fikrimiz yoxdur:
"Çünki zatən bu günə kimi iştirak etdiyimiz seçkilərdə apardığımız seçki kampaniyaları sınanmış və qənaətbəxş olub. Bu səbəbdəndir ki, partiyanın həm millət vəkili, həm də bələdiyyə üzvləri vardır. BAXCP hər zaman xalqın mövqeyi ilə razılaşıb və onun seçkilərdə dəstək verdiyi namizədləri qəbul edib. Hesab edirəm ki, bu seçki də belə olacaq. Xalqın səs verəcəyi namizədin qazanacağına şübhə etmirik!".
Anar Əliyev