Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belqradda müxalifət tərəfdarları aksiya keçirib

Belqradda müxalifət tərəfdarları aksiya keçirib


Müxalifətin minlərlə tərəfdarı “Serbiya zorakılığa qarşı” blokun liderləri Marinika Tepiç və Miroslav Aleksiçin çağırışı ilə Belqradın mərkəzinə toplaşıb.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, insanlar Belqrad administrasiyasının binası yaxınlığında toplaşıblar. Etirazçılar hakim partiyanın başçılıq etdiyi koalisiyanın skupşinaya (Şəhər Məclisi) seçkilərində bülletenlərin 92,5 faizinin hesablanması nəticəsində 39,34 faiz, müxalifət blokunun isə 34,27 faiz səs toplayan koalisiyanın qələbəsi ilə razılaşmadıqlarını bildirirlər.

Müxalifət tərəfdarları Belqradın mərkəzi küçələrində nəqliyyatın hərəkətini bağlayıb və həmçinin Respublika Seçki Komissiyasının binasının girişində etiraz aksiyasını davam etdirirlər.

Mehman Mehdiyev
Xəbəri paylaş