Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Orbana "Togg" hədiyyə etdi

Ərdoğan Orbana "Togg" hədiyyə etdi


Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbana Türkiyənin istehsalı olan “Togg” elektrik avtomobili hədiyyə edib.

Newscenter.az "RİA Novosti"yə istinadən bildirir ki, bu Türkiyə liderinin Macarıstana səfəri çərçivəsində baş tutub.

Məlumatda qeyd edilir ki, Prezident Ərdoğan iki ölkə arasında diplomatik əlaqələrin 100 illiyi şərəfinə Baş nazir Orbana “HU TR-100” nömrə nişanlı qara rəngli Togg markalı elektrik avtomobil hədiyyə edib, Avtomobili macar baş nazir şəxsən özü idarə edib.

Orban da öz növbəsində Budapeştdə səfərdə olan Türkiyə liderinə Aristokrat adlı atı hədiyyə edib.

Anar TAĞIYEV
Xəbəri paylaş