Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada Azərbaycan əeyhinə başlanan kampaniya heç bir nəticə verməyəcək

Fransada Azərbaycan əeyhinə başlanan kampaniya heç bir nəticə verməyəcək


Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi ölkəmiz üçün beynəlxalq miqyasda önəmli bir uğurdur və ölkəmiz buna layiqdir. Çünki son illərdir Azərbaycan iqlim dəyişiklliyi və alternativ enerji ilə bağlı Avropa səviyyəsində fundamental işlər görür.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, ənənəvi enerji ilə yanaşı alternativ və yaşıl enerji infrastrukturunun qurulması və Avropa qitəsinə nəqli, olkəmizdə zərərli emissiyanın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, dayanıqlı inkişaf məqsədləri ilə bağlı ölkəmizin bütün ərazisində alternativ enerji mənbələrinin genişləndirilməsi ilə bağlı aparılan işlər deməyə əsas verir ki, Azərbaycanın belə bir təbdirə ev sahibliyi etməsinə tam layiqdir:

"Fransada başlanan bu kampaniya heç bir nəticə verməyəcək, onlar ölkəmizin belə bir ciddi uğur əldə etməsini hələlik həzm edə bilmirlər. Lakin aparılan işlərlə yaxından tanış olsalar ölkəmizin dünyada ətraf mühitin qorunması və iqlim dəyişiklikliyi sahəsinə nə qədər töhfə verməsinin şahidi olarlar. Əslində bu tədbir ölkəmizin bu sahədə daha da irəliləməsinə öz töhfəsini verəcəkdir".

Anar Əliyev
Xəbəri paylaş