Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmişlidə mağazalardan oğurluq edən şəxs saxlanılıb

İmişlidə mağazalardan oğurluq edən şəxs saxlanılıb


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan oğurluq etməkdə şübhəli bilinən rayon sakini Elbrus Muradov saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməllərini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, E.Muradov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində yerləşən üç mağazaya qanunsuz daxil olaraq oradan mobil telefon, pul, danışıq kartları və tütün məmulatları oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 7000 manatdan artıq maddi ziyan vurub.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş