Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstan Bolqarıstanın Şengenə daxil olmasını əngəlləyir

Macarıstan Bolqarıstanın Şengenə daxil olmasını əngəlləyir



"Bolqarıstan Rusiya qazından əlavə vergini götürməsə, bu ölkənin Şengenə daxil olmasının qarşısını alacağıq".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto səsləndirib.

Nazir deyib ki, Bolqarıstan "Türk axını" boru kəməri ilə ölkəsinə çatan Rusiya təbii qazına tətbiq etdiyi əlavə vergini aradan qaldırmasa, onun Şengen zonasına daxil olmasına Macarıstan veto qoyacaq.

Macar nazir, "Bolqarıstanın Avropa qanunvericiliyinə tamamilə zidd olan bu qərarı qaz tədarükünü dayandırma riski yaradır. Biz bolqarlara açıq şəkildə bildirdik ki, əgər onlar bu təcrübəni davam etdirsələr və Macarıstanın enerji təchizatını uzun müddət təhlükə altına atarlarsa, biz onların Şengen zonasına daxil olmasına veto qoyacağıq”, - deyə bildirib.

Anar TAĞIYEV
Xəbəri paylaş