Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu ilin sonuna qədər Sankt-Peterburqda MDB ölkələrinin liderləri ilə görüşməyi nəzərdə tutub.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, görüşün dekabrın 26-da qeyri-rəsmi formatda keçirilməsi nəzərdə tutulur.
Ermənistanın baş naziri Nikol Paşinyanın isə Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi formatda keçiriləcəyi görüşündə iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil.
Anar TAĞIYEV