Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qalib xalqın seçkisi

Qalib xalqın seçkisi


"Məlum olduğu kimi YAP tərəfindən növbədənkənar Prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyi irəli sürülüb. Əlbəttə, İlham Əliyevin növbəti dəfə Prezidentliyə namizədliyinin irəli sürülməsi Ümumxalq tələbinin, sosial-siyasi ehtiyacın, Ona olan dərin inam və etibarın məntiqi nəticəsi və ifadəsi hesab edilə bilər. Çünki Prezident İlham Əliyev 11 milyona yaxın xalqın rəhbəridir, bütün Dünya Azərbaycanlılarının Lideridir. Ona görə də, Onun namizədliyinin irəli sürülməsi 700 mindən çox üzvü olan YAP-la bərabər, milyonlarla Azərbaycanlının sevgi və məhəbbətindən, ehtiramdan irəli gələn dəstəyin ifadəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Cənab İlham Əliyev son 20 ildə çoxşaxəli fəaliyyəti, siyasi qətiyyət və iradəsi, həyata keçirdiyi müstəqil siyasət kursu ilə hər bir Azərbaycanlının arzu və istəyini gerçəkləşdirib:

"O, 200 il ərzində itirdiyimiz torpaqlarımızın işğalına son qoymaqla ərazi bütövlüyümüzü və suverenlyimizi tamamilə bərpa edib, adını 200 illik tariximizə qalib siyasi Lider, Sərkərdə kimi əbədi yazdırıb.

İlham Əliyev siyasi statusuna və ali vəzifəsinin miqyasına görə, 2003-2023-cü illərin Prezidenti olsa da, Onun tarixi-siyasi statusu, Lider kimi Azərbaycan qarşısında gördüyü işlərin miqyası 20 illik tarixdən çox böyükdür.
O, üzərinə götürdüyü və yerinə yetirdiyi tarixi və siyasi missiyasına görə, XIX əsrdən indiyə qədərki Azərbaycan dövlətinin və dövlətçiliyinin, tarixi irsinin, milli suverenliyinin banisidir. Azərbaycanın Siyasi Obrazıdır, Dövlətçilik Simasıdır, Ümumxalq Xilaskarı və Lideridir".

Vaqif Abdullayev deyib ki, bütün bu siyasi reallıqlar İlham Əliyevin yenidən Azərbaycan Prezidentliyinə namizədliyinin dəstəklənməsi Ümumxalq çağırışıdır, qazandığı Zəfərin Mandatıdır:

"Ali Baş Komandan ərazi bütövlüyümüzü və suverenliyimizi tamamilə bərpa etməklə hazırda Azərbaycanın gündəliyini də köklü surətdə dəyişdirib, indi Azərbaycanın gündəliyində münaqişə və müharibə deyil, sülh və əməkdaşlıq məsələləri dayanır. Ona görə də Prezidentə verilən mandatın da məzmunu və mahiyyəti dəyişmiş olur.
Xalqımız ilk dəfə olaraq bu seçkilərə Qələbə ruhunda, milli ləyaqətimizin bərpası ovqatında gedir və Cənab İlham Əliyevin bu dəfəki Seçki Proqramı da Zəfər Manifesti hesab oluna bilər.

Qəti əminik ki, fevralın 7-də ölkəmizin 86,6 min kv.km ərazisini əhatə edəcək seçkilərdə, o cümlədən ilk dəfə olaraq azad ərazilərimizdə yaradılmış 9 seçki dairəsi üzrə 26 seçki məntəqəsində seçkilərdə xalq yenidən İlham Əliyevə yekdilliklə etimad göstərəcək".

Anar Əliyev
Xəbəri paylaş