Qəzzadan daha 102 xəstə və yaralı müalicə olunmaq üçün Türkiyəyə gətirilir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, onlar Misirə keçməklə Türkiyəyə gətiriləcəklər.
Bununla bağlı sosial media hesabından açıqlama yayn səhiyyə naziri Fəxrəddin Koca deyib ki, yaralılar və xəstələr Ankara Etlik Şəhər Xəstəxanası, Ankara Bilkent Şəhər Xəstəxanası və Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasında yerləşdiriləcək.
Qeyd edək ki, 102 nəfər xəstə və yaralı ilə yanaşı onlara qulluq edəcək 105 nəfər də Türkiyəyə gətiriləcək.
Anar TAĞIYEV