Rusiyada pul köçürmələrinə məhdudiyyət tətbiq edilir.
Newscenter.az hraparak.am-a istinadən xəbər verir ki, bundan sonra şəxsiyyəti təsdiqlənmədən yalnız 15 min rus rubluna qədər köçürmə edilə bilər.
Bank hesabı açmadan isə yalnız 100.000 rubl köçürmə etmək mümkün olacaq.
100.000 rubldan artıq köçürmə həyata keçirərkən isə mütləq pasport məlumatları, ad, soyad və ata adı daxil edilməlidir.
Anar Tağıyev