Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan Ermənistana uçan təyyarədə ölüm hadisəsi baş verib

Rusiyadan Ermənistana uçan təyyarədə ölüm hadisəsi baş verib


Novosibirskdən İrəvana uçan təyyarənin göyərtəsində Rusiya vətəndaşı ölüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, Zvartnots hava limanının polis şöbəsinə təyyarənin göyərtəsində bir nəfərin öldüyü barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis və müstəntiqlər müəyyən ediblər ki, 65 yaşlı Ş.Aqekyan Novosibirsk-Yerevan reysi ilə uçan təyyarədə uçuş zamanı qəflətən halının pisləşməsi nəticəsində vəfat edib. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı cinayət işi başlanıb, məhkəmə-tibbi ekspertizası təyin edilib.

Anar TAĞIYEV
Xəbəri paylaş