Azərbaycan Həmrəylik Komitəsi (AHK) və “EcoApp” layihəsi könüllülərinin birgə təşkilatçılığı ilə “Şəxsi inkişaf və özünü qiymətləndirmə” adlı təlim keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Həmrəylik Komitəsinin mətbuat xidməti məlumat verib.
Qumru Ağazadənin moderatorluğu ilə keçirilən təlimdə AHK-nin üzvləri və EcoApp könüllüləri iştirak edib. Təlim zamanı iştirakçılarla interaktiv söhbətlər aparılıb və onlara gələcək həyatlarının “yol xəritəsi”ni çəkərkən diqqət yetirməli olduqları əsas məqamlar izah edilib.
Qeyd edək ki, bu qəbildən olan interaktiv təlimlərin davaml; olaraq keçirilməsi nəzərdə tutulub. Təlimlərdə fəallıq göstərən gənclərə sertifikat veriləcək.
Anar Əliyev