Tunisdə 1000-ə yaxın məhbus amnistiyaya düşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Tunis prezidenti Kays Səid “Yasemin inqilabı”nın 13-cü ildönümü münasibətilə 951 məhbus üçün amnistiya elan edib.
Amnistiyadan yararlanan 272 məhbus azadlığa buraxılıb, digər məhbusların cəzası isə yüngülləşdirilib.
Qeyd edək ki, Tunisdə demokratiyaya keçid adlandırılan “Yasemin İnqilabı” hər il dekabrın 17-də “Tunis İnqilabı Günü” kimi qeyd olunur. Bu inqilabı ərəb dünyası üçün "ərəb baharı" da adlandırırlar.
Anar TAĞIYEV