Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Astaranın Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb

Astaranın Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb


Prezident İlham Əliyev Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Newscenter.az xəbər verir ki, Sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800,0 (səkkiz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sevinc Mehdiyeva
Xəbəri paylaş