"Moskva 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyir və Donald Trampın yenidən dövlət başçısı seçilməsinə ümid edir. Məhz bundan sonra Ukraynada proseslər Qərbin gözləntilərinə zidd olacaq".
Newscenter.az leenta.ru-ya istinadən bildirir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib.
Pavel etiraf edib ki, hadisələrin bu cür inkişafı ilə Putin Ukrayna və ya Avropanın fikrinə məhəl qoymadan Ağ Evin yeni rəhbəri ilə razılığa gələ biləcək. Nəticə etibarilə Rusiyanın əsas oyunçu statusuna qayıtması faktı ilə barışmalı olacaqlar.
Çexiya liderinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin dünyaya baxışında israrlıdır, ona görə hamı Rusiyanın güclülər sırasında olduğunu etiraf etməlidir. Siyasətçi
Anar TAĞIYEV