Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil

COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil


"Bu gün Azərbaycan dünyada müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Əvvəlki dövrlərdə də Azərbaycan bir çox mühüm tədbirlərə ev sahibliyi edib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan iqlim dəyişikliyi məsələsi ilə bağlı davamlı olaraq dünyada bu istiqamətdəki təşəbbüslərə öz töhfəsini verir. Dünya və dünya iqlimi hazırki dövrdə çox ciddi sınaqlarla üz-üzədir:

"Təəssüf ki, dünyanın bütün dövlətləri iqlim dəyişikliyi istiqamətindəki qanunvericiliyə və bu istiqamətdə qəbul edilmiş qərarlara o qədər də əməl etmirlər. Bu anlamda COP29-a ev sahibliyinin Azərbaycana verilməsi təsadüfi deyil. Çünki Azərbaycanın təcrübəsi, cənab Prezidentin uğurlu siyasətinə əsasən həyata keçirilən tədbirlər, atılan addımlar ölkəmizə olan inamı və etimadı daha da artırır. Müxtəlif dövlətlərin ölkəmizlə bağlı bu istiqamətdə mühüm qərarlar qəbul etməsinə də mühüm töhfə verir. Bütün beynəlxalq tədbirlərdə olduğu kimi bu tədbirdə də Azərbaycan öz sözünü deyəcək. Bir sözlə Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi baxımından nümunədir".

S.İsmayılbəyli
Xəbəri paylaş