Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub

“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri, Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun “Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitabını nəşr etdirib.

Newscenter.az xəbər verir ki, kitabda Azərbaycan tarixi və coğrafiyası haqqında qısa məlumat verilməklə yanaşı, “Azərbaycan” sözünün ərəb dilində oxunma şəkilləri, mənası və nisbəsi haqqında da bəhs edilib.

Əsərdə, həmçinin 121 mənbəyə istinad edilərək, başda böyük sərkərdə və dövlət xadimi Səlahəddin Əyyubi, Misirdə həkimlərin rəhbəri hesab edilən məşhur həkim Fətullah ibn Nəfis, Misirin baş hakimi Əfzələddin Xunəci, Misirin və Şamın qazısı İbn Qazıəsgər, fiqhin əsasları və ərəb dili qrammatikası üzrə böyük alim İbn əl-Həcib əd-Dvini olmaqla, hicri tarixi ilə II əsrdən X əsrədək elmin müxtəlif sahələrində yazıb-yaratmış yüz alimin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunmuş əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Süleyman
Xəbəri paylaş