Avropa İttifaqının Ermənistandakı mülki nümayəndəliklərinin sayının 50 faiz artırılması nəzərdə tutulur.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bu barədə missiyanın rəhbəri Markus Ritter məlumat verib. O bildirib ki, missiya heyətinin artırılması Aİ-nin regionda sülh və təhlükəsizliyə sadiqliyini göstərir.
"Missiya heyətinin artırılması ilə bizim Ermənistan-Azərbaycan dövlət sərhədinin Ermənistan tərəfində təhlükəsizlik vəziyyətini müşahidə etmək və hesabat vermək, habelə münaqişədən zərər çəkmiş rayonlarda insanların təhlükəsizliyinə töhfə vermək üçün daha geniş imkanlarımız olacaq”, - deyə Markus Ritter qeyd edib. .
Qeyd edək ki, müşahidə missiyasının üzvlərinin 138-dən 209-a çatdırmaq nəzərdə tutulur.
Anar TAĞIYEV