Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb

Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb


Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb.

Newscenter.az xəbər verir ki, bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Qeyd edək ki, O, noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş