Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Müzakirələrdən sonra İlham Əliyevin Prezident seçkilərinə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Mehman Mehdiyev