Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir, səsimi Ona verəcəyimi bəyan edirəm" -MÜBARİZ MƏNSİMOV

"Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir, səsimi Ona verəcəyimi bəyan edirəm"


" 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycan xalqı ilk dəfə olaraq ərazi bütövlüyünü tam bərpa etmiş Qalib ölkənin Prezidentini seçəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən "Palmali Holding"ın prezidenti Mübariz Mənsimov deyib ki, Azərbaycan vətəndaşı kimi seçkilərdə səsini İlham Əliyevə verəcək:

"Hər zaman dövlətimin, Prezidentimin yanında olan bir insan kimi xüsusilə vurğulamaq istərdim ki, 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarımızın işğaldan azad edilməsi məhz güclü siyasi iradəsi olan və Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Mən Azərbaycanda İlham Əliyevin namizədliyini dəstəkləyir, Azərbaycan vətəndaşı kimi səsimi Prezident İlham Əliyevə verəcəyimi bəyan edirəm".

Mübariz Mənsimov, "Qurucusu olduğum "Palmali Holding" şirkəti də fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevi dəstəkləyir. "Palmali" ailəsinin Azərbaycan vətəndaşı olan minlərlə üzvünü qarşıdan gələn seçkilərində İlham Əliyevin namizədliyinə səs verməyə çağırıram",- deyə vurğulayıb.

S.İsmayılbəyli
Xəbəri paylaş