Rusiya Federasiyası Ombudsman Aparatı Rusiya Erməniləri İttifaqının dəstəyi ilə Ermənistana humanitar yardım göndərib.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, 6 ton həcmində olan yardım İrəvanda məskunlaşmış Qarabağ ermənilərinə paylanılıb.
Çarpayılar, yorğanlar, qızdırıcılar, çayniklər, yeməklər, uşaq bezi və s-dən ibarət olan yardım 60 ailə arasında paylanılıb.
Anar TAĞIYEV