Rusiya Federasiyası silahlı qüvvələrinin şəxsi heyətinin sayını artıracaq.
Newscenter.az "Sputnik Armeniya"ya istinadən bildirir ki, bu barədə məlumatı Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu dekabrın 19-da keçirdiyi mətbuat konfransında səsləndirib. Nazir bildirib ki, Rusiya Silahlı Qüvvələrinin sayı 1,5 milyon hərbçiyə çatdırılacaq
Sergey Şoyqu bu addımın xarici təhdidlər səbəbindən atılacağını deyib:
"Xarici təhdidlərə görə Rusiya Silahlı Qüvvələrinin sayı 1,5 milyon hərbçiyə qədər artırılacaq".
Anar TAĞIYEV