Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp Amerika siyasətinə atılmış bombadır

Tramp Amerika siyasətinə atılmış bombadır


"Amerika dünyanın hegemon dövləti kimi istənilən prosesə təsir etmək və onun gedişini dəyişmək gücünə sahibdir. Bu, ABŞ-ın istəyindən və maraqlarından asılıdır. Dövlət idarəçiliyi ABŞ-da elə qurulub ki, kimsənin şəxsiyyəti burada əhəmiyyət kəsb etmir. Dövlət başçısı belə öz fəaliyyətində tam müstəqil deyil, digər qurumların nəzarətindədir.
Trampın hakimiyyətinin keçən dövrdə nəticələrini gördük. Respublikaçılar Trampı ikinci müddətə hakimiyyətdə saxlaya bilmədilər. Tramp konservativ və kapitalist düşüncə sahibidir".

Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Birləşmiş Ştatlarda gələn il baş tutacaq prezident seçkilərində Trampın qalib gəlmək şansını dəyərləndirərkən səsləndirib. O bildirib ki, Trampın istər NATO ilə, istər Avropa, xüsusilə də, ABŞ-ın özü ilə əlaqəli fikirləri bəllidir:

"Tramp əvvəla Avropanın NATO-ya olan münasibətini dəyişdi və onların bu qurumun saxlanılmasında olan rolunu qeyd edərək, Avropa ölkələrinin də bu işdə maddi dəstək olmalarını təşkil etmişdi".

Azər Qasımov deyib ki, son dövrlər Tramp ABŞ-ın ümumiyyətlə NATO-dan çıxmalı olduğu fikrini irəli sürür:

"Keçən hakimiyyəti dövründə Tramp ABŞ-ın öz daxilinə daha çox fikir verməsi və yatırım etməsini dəstəkləmişdi. ABŞ daha çox öz daxilinə maddi yatırım etmişdi, çünki o, fikirləşirdi ki, ABŞ həqiqətən də artıq köhnəlib. ABŞ kənara xərclədiyi vəsaiti özünə xərcləyib özünü yeniləməlidir".

Politoloq deyib ki, Trampın Ukrayna ilə bağlı fikirləri bəllidir:

"O, qeyd edib ki, hakimiyyətə gəldikdən bir gün sonra müharibəni sonlandıracaq. Təbii ki, Rusiyaya ziyan vurmadan. Qeyd edilənlər fonunda Trampın yenidən hakimiyyətə gəlməsi demokratik dünya üçün yaxşı heç nə etmir. Hesab edirəm ki, Trampın yenidən hakimiyyətə gəlməsi mümkün olmayacaq. Dərin Amerika buna imkan verməyəcək. Tramp Amerika siyasətinə atılmış bir bombadır. Onun bir daha partlaması Amerika ilə bərabər bütün demokratik dünyanın da sonu olacaq".

Anar Əliyev
Xəbəri paylaş