Türkiyədə zəlzələ olub.
Newscenter.az Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə (AFAD) istinadən bildirir ki, yeraltı təkanlar Gümüşhanədə baş verib. Gümüşhanənin Kelkit qəsəbəsində qeydə alınan zəlzələ 4,1 bal gücündə olub.
Zəlzələ yerin 15,68 kilometr dərinliyində olub.
Bu arada AFAD Ərzincanda da 3,7 bal gücündə zəlzələnin baş verdiyi barədə məlumat yayıb.
Anar Əliyev