2023-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 200-dən çox ümumi təhsil müəssisəsində rəqəmsal summativ qiymətləndirmələr keçirilib.
Newscenter.az xəbər verir ki, rəqəmsal summativ qiymətləndirmələr tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya istisna olmaqla) aparılır.
R.Mehdiyeva